XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 16:10

Vladimir Putinin Türkiyəyə səfəri başlayıb –Atatürk hava limanında qarşılandı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onu İstanbulun Atatürk hava limanında İstanbul valisi Ali Yerlikaya, Böyükşəhər Bələdiyyə sədri Mevlüd Uysal, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerov və iki ölkənin digər rəsmiləri qarşılayıb. V.Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk Axın” layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edəcək. Qeyd edək ki, R.T.Ərdoğanla V.Putin bu il 5 dəfə görüşüb, 17 dəfə telefonla danışıblar.