XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 13:28

Gürcüstanın sülh təşəbbüslərinə dair suallar var –“Chatham House” beyin mərkəzi

Gürcüstan hökumətinin son “sülh təşəbbüsü” gözardı edilməməli olan vacib siyasi sualları əhatələməyib. “Chatham House” beyin mərkəzinin vebsaytında Rustam Anşba Gürcüstan hökumətinin apreldə separatçı Abxaziya və Cənubi Osetiya bölgələri üzrə siyasətini yenidən formalaşdırmaq cəhdindən yazır. Məqsəd bu ərazilərin sakinləri üçün iqtisadi və siyasi imkanları təkmilləşdirməkdir. Müəllif yazır ki, bir sıra Avropa ölkələri bu təşəbbüsü alqışlayıb, amma əsas hədəf auditoriya olan Abxaziya və Cənubi Osetiya sakinləri ona elə də güclü maraq göstərməyib.

Təşəbbüsün iqtisadi komponenti Abxaziya və Cənubi Osetiya ilə Gürcüstan arasında yeni ticarət əlaqələrinin yaranmasını nəzərdə tutur. Eyni zamanda AB ilə Gürcüstan arasındakı Dərin və Hərtərəfli Azad Ticarət Razılaşması vasitəsilə daha geniş Avropa bazarının yaradılması nəzərdə tutulur. Bu təkliflərin Abxaziya və Cənubi Osetiyadakı iqtisadi bazarları şaxələndirəcəyi, gücləndirəcəyi və artımı dəstəkləyəcəyinə ümid bəslənir.

Təhsil komponenti isə Abxaziya və Cənubi Osetiya sakinlərinə Gürcüstanın dövlət təhsil proqramlarına çıxış verilməsini nəzərdə tutur. Bu planın saysız problemləri var. Əvvəla, yanlış olaraq, Moldovanın Dnestryanı probleminə həllinə yanaşmasından həvəslənib. Burada ticarət və iqtisadi əlaqələr uzun müddətdir insanlar arasında əməkdaşlığın əsasını təşkil edib. Hətta sovet dönəmində burası Moldovanın ən çix sənayeləşmiş ərazisi idi və 1990-cı illərin əvvəllərində baş vermiş müharibədən sonra ticarət əlaqələrinin bərpasına güclü stimul varıydı.

Abxaziya isə fərqlidir. Onun Gürcüstanla ticarət əlaqələrini saxlamağa belə bir stimulu yoxdur. Buranın iqtisadiyyatı turizmə, şərabçılıq və narıngi təsərrüfatına, yerli tikintidə istifadə olunan xammal hazırlanmasına söykənir. 1992-93-cü illər müharibəsi və ondan sonra Abxaziyanın blokadaya alınması infrastruktura və iqtisadiyyata ziyan vurub. Abxaziya tədricən dirçəlir, amma 1990-cı illərdən əvvəlki miqyasdan uzaqdır.

Gürcüstanın sülh təşəbbüsü Abxaziya mallarını Gürcüstan və Avropa bazarlarında satmaq fürsəti verir. Bu o deməkdir ki, bu məhsullar Avropa Vahid Bazarının qayda və standartlarına uyğun gəlməlidir. Bu isə həmin məhsullar üçün real deyil. Abxaz məhsullarının kəmiyyəti və çeşidi məhduddur, heç vaxt AB-nin tənzimlənən biznes mədəniyyətinə məruz qalmayıb. Amma bu regionun Rusiyayla oturuşmuş ticarət əlaqələri var”, – müəllif yazır.

(Azadlıq radiosu)