XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 14:37

“Vəliəhd “G-20”-nin zirvə toplantısına qatılacaq” –Energetika nazirindən açıqlama

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal  Xaşuqcinin öldürülməsindən sonra ilk dəfə xarici ölkəyə rəsmi səfər edəcək.

“THMHaber” xəbər verir ki, bunu Krallığın energetika naziri Xalid Əbdüləziz əl-Falih bildirib.

Onun sözlərinə görə, vəliəhd noyabrın 30-dan dekabrın 2-dək Argetinda keçiriləcək “G-20”liyin zirvə toplantısına qatılacaq.

Nazir Məhəmməd bin Salmanın Argentinadan başqa daha hansı ölkələrə gedəcəyi ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşuqci öldürülüb.

Report