XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 15:10

Türkiyə və Rusiyanın müdafiə nazirləri Soçidə görüşdü –Suriyadakı vəziyyətlə bağlı

Türkiyənin müdafiə naziri, ordu generalı Hülusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiyaya səfərə gedib.

“Hürriyet” xəbər verir ki, onlar Soçidə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər rəsmilərlə görüşüblər.

H.Akar və S.Şoyqunun görüşündə bölgədəki vəziyyət, o cümlədən Soçidə əldə olunan razılaşmadan sonra Suriyanın İdlib ərazisindəki son durum müzakirə edilib.

Rusiyanın müdafiə naziri türkiyəli həmkarına Suriyadakı hazırki vəziyyət barədə məlumat verib və iki ölkənin tez bir zamanda vacib addımlar atmalı olduğunu vurğulayıb.

Tərəflər Suriyanın İdlib bölgəsinin silahsızlaşdırılması üzrə görüləcək işləri müzakirə ediblər. S.Şoyqu deyib ki, silahsız bölgənin yaradılması üçün Rusiya və Türkiyənin dəstəyinə ehtiyac var.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında cari ilin oktyabr ayının 15-dək silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində hərbsizləşdirilmiş zona yaratmaq barədə qərar qəbul edilib.

Report