XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 November 2018 - 22:50

“Biz NATO və Avropa İttifaqının üzvlüyünə yaxınlaşırıq…” –Petro Poroşenko

“Ukrayna öz geosiyasi seçimini edib, NATO-nun, Avropa İttifaqının qapıları ölkənin üzünə açıqdır”.

Bu fikri Ukrayna Prezidenti Petro Poroşenko ictimai-siyasi fəallarla görüşündə söyləyib.

Poroşenko bildirib ki, Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır.

“Biz NATO və Avropa İttifaqının üzvlüyünə yaxınlaşırıq. Bu üzvlüyün baş tutmayacağı barədə deyilən fikirlərə heç vaxt inanmayın”, – deyə Ukrayna Prezidenti əlavə edib/Azərtac.