XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 11:00

Stokholmda Türk Mədəniyyət Mərkəzində partlayış- FOTOLAR

Stokholmdan 17 kilometr uzaqlıqda yerləşən Botşirka bələdiyyəsi ərazində yerləşən Türk Mədəniyyət Mərkəzinə məxsus binada partlayış baş verib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Bu barədə məlumatı İsveç KİV-ləri yayıb.

İlkin məlumatlara görə, hadisə axşam saat 21:35 radələrində mərkəzin boş olduğu vaxtda baş verib. Partlayış nəticəsində binaya ziyan dəyib. Mərkəzin şüşələri sınıb, binadan tüstünün yayıldığı bildirilir.

Hazırda yerli təhlükəsizlik orqanlarının əməkdaşları, istehkam qrupu və yanğınsöndürənlər hadisə yerində yoxlamalar aparırlar.

Hadisə şahidlərinin sözlərinə görə, axşam saatlarında bir qrup şəxs binaya yaxınlaşaraq əllərindəki maddələri Mədəniyyət Mərkəzinin pəncərələrinə atıb. Bundan sonra isə partlayış baş verib.

Yerli polisin məlumatına görə, hadisə isə bağlı cinayət işi açılıb, partlayışın digər hadisələrlə əlaqəli olub-olmaması araşdırılır.

Azertag.az