“Nissan” şirkəti rəhbəri Karlos Qosnla bağlı istintaq genişləndirilərək, “Renault-Nissan”-ı da əhatələyə, “Nissan”-nın Fransadakı tərəfdaşının bu qlobal avtomobil alyansında mövqeyini zəiflətməyə çalışa bilər. “Reuters” bunu mənbələrə əsasən yazır.
“Nissan” bazar ertəsi “Renault”-un idarə heyətinin iclasında bildirib ki, “Renault-Nissan” BV-nin yol verdiyi nöqsanlarla bağlı əlində dəlil var. Bu Niderland şirkəti “Renault”-un nəzarəti altında olan alyansın əməliyyatlarına nəzarət edir. Agentlik bunu məsələdən xəbərdar üç nəfərə istinadla yazır.
Yaponiya şirkəti olan “Nissan”-ın 43,4 faizinin sahibi “Renaul”-dur. “Nissan” bu günlərdə bildirib ki, Qosn şirkətin aktivlərindən əldə etdiyi kompensasiya və şəxsi istifadəsi barədə informasiya verməyib.
Nissan rəhbəri Hiroto Saikavanın özəl yazışmasından Qosnun sədrlikdən çıxarılacağı planları da aydın olur. Avtomobil industriyasının 64 yaşlı veteranı direktor həmkarı Greg Kelli ilə birlikdə Tokioda həbs olunub. Hələlik, onlardan heç biri səslənən iddialara açıq şərh bildirməyiblər.
“Renault-Nissan” alyansı 19 ildir yaranıb, 2016-cı ildə “Mitsubishi Motors” da ona qoşulub. Ancaq bu alyansda avtomobil istehsalçıları və Fransa hökuməti arasında gərginlik yaşanır. Hökumət 15 faizlə “Renault”-un əsas səhmdarıdır. Həm də “Renault”-un sədri olan Qosn bu il hökumətin təzyiqi altında bəzi güzəştlərə getməli olmuşdu.
Fransa Prezidenti Emmanuel Makron deyib ki, ölkəsi alyansın sabitliyinin qorunması üçün ayıq-sayıqlığı artıracaq.
(Azadlıq radiosu)