XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2018 - 17:45

FIFA-nın Etika komitəsinin sədri saxlanılıb- Korrupsiyada şübhəli bilinir

Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FIFA-nın Etika komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.

“Report” AP agentliyinə istinadən xəbər verir ki, o, Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.

Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və S.Raco sərbəst buraxılıb.

Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.

S.Racoya qarşı istintaqın təfərrüatı açıqlanmır. O, saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib.