XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2018 - 18:34

Binəli Yıldırım:"Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir"

Fətullah Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir.

Trend-in məlumatına görə, bunu TürkPA-nın 10 illiyinə həsr olunmuş konfrans zamanı Türkiyə parlamentinin sədri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Ankara ümid edir ki, türkdilli ölkələr bu təhlükəyə qarşı birgə müqavimət göstərə biləcək:

“Türkdilli ölkələr bir-biri ilə münasibətləri möhkəmləndirməlidir”.

Qeyd edək ki, Fətulla Gülən və onun tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.