XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2018 - 19:54

Tramp Səudiyyə Ərəbistanına təşəkkür edib:"Bu, amerikalılar və dünya üçün böyük endirimidir"

ABŞ Prezidenti Donald Tramp neftin qiyməti aşağı düşdüyünə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

“Neftin qiyməti düşür. Bu, amerikalılar və dünya üçün böyük vergi endirimidir. Səudiyyə Ərəbistanına neftin qiyməti üçün təşəkkürlər, haydı qiymətləri bir az da endirək”, – o vurğulayıb.

Məlumata görə, ABŞ-da xam neft 54 dollar, “Brent” nefti isə 63 dollardan satılır.