XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2018 - 21:05

Zeman fikrindən dönmür:"Çexiyanın baş naziri yenə Babiş olacaq"

Çexiyanın beş müxalifət partiyası Prezident Zemandan müraciətlə xahiş edib ki, əgər Çexiya parlament hökumətə etimadsızlıq bildirərsə, Andrey Babiş yenidən ölkənin baş naziri təyin edilməsin.

AZƏRTAC xəbər verir ki, Prezident qətiyyətli olduğunu bildirib və Babişi dəstəklədiyini təsdiqləyib. Onun sözlərinə görə, cümə günü keçiriləcək səsvermənin nəticələrindən asılı olmayaraq hökumətin indiki başçısı yenə baş nazir olacaq.

Prezidentin mətbuat katibi İrji Ovçaçek təsdiqləyib ki, Zeman öz qərarını dəyişməyəcək.