İran OPEC-ə üzv bəzi ölkələr ilə Rusiyanın xam neft hasilatının yanvardakı səviyyədə saxlanılması qərarını dəstəkləyir.
Azertag.az bloomberght.com-a istinadla xəbər verir ki, bu sözləri İranın Neft naziri Bijən Namdar Zəngənə Tehranda OPEC-ə üzv ölkələr – İraq, Qətər və Venesuelanın neft nazirləri ilə keçirilən görüşü şərh edərkən deyib.
“İran neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEC və qeyri-OPEC ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəkləyir”, – deyə nazir bildirib.