XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 12:11

Gürcüstanda prezident seçkiləri… –Azərbaycanda üç seçki məntəqəsi açılacaq

Gürcüstanda noyabrın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı Azərbaycanda üç seçki məntəqəsi yaradılacaq.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

4, 5 və 6 saylı seçki məntəqələri Gürcüstanın Azərbaycandakı səfirliyində açılacaq. Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-dan axşam 24:00-a qədər fəaliyyət göstərəcək.

Bildirilib ki, Azərbaycanda 7700 Gürcüstan vətəndaşı konsulluq qeydiyyatındadır. Gürcüstan MSK ölkə xaricində ümumilikdə 58 seçki məntəqəsi yaradacaq.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedəcək. Gürcüstanın yeni prezidenti sonuncu dəfə birbaşa səsvermə yolu ilə 6 il müddətinə seçiləcək/Report.