XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 13:07

Perl-Harbora hucumda sağ qalmış sonuncu veteran 106 yaşında vəfat etdi –Tramp başsağlığı verdi (FOTO)

Perl-Harbora hücum zamanı sağ qalan ABŞ Silahlı Qüvvələrinin qocaman veteranı Rey Çaves 106 yaşında dünyasını dəyişib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, II Dünya müharibəsi veteranının qızı Ketlin Çaves pnevmoniyadan əziyyət çəkən atasının San-Dieqo şəhərində yuxuda vəfat etdiyini bildirib.

ABŞ ordusunun veteranı may ayında Vaşinqtonda keçirilən müharibələrdə həlak olanların xatirə günündə iştirak edib və burada ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul olunub.

Ağ ev “Twitter” səhifəsində Çavesin vəfatı ilə əlaqədar başsağlığı verib: “Biz bu ilin əvvəllərində onu Ağ evdə qəbul etmək şərəfinə nail olduq. Rey, bizim böyük xalqımıza xidmətinizə görə təşəkkür edirik!”