XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2018 - 16:58

Belçikada benzin bahalaşdı, insanlar küçələrə çıxdı –Qarşıdurma

Belçikada benzinin qiymətinin qalxmasına qarşı keçirilən etiraz aksiyalarında yüz minlərlə sakin iştirak edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, neft emalı müəssisəsinin yerləşdiyi Nivel şəhərində, təqribən, 400 nəfərlik qrup polisə daş və “Molotov kokteyli” atıb, dəmir parçaları ilə ətrafdakı avtomobillərin şüşələrini qırıblar.

Bununla yanaşı, RTBF telekanalının məlumatına görə, Brüsselə gedən bir avtomagistralı bağlayan etirazçıları dağıtmaq üçün göndərilən 120 polis su şərnaqlarından istifadə edib, 30 nəfər etirazçı saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl Fransada benzinin bahalaşmasına etiraz edən “sarı jiletlilər”in nümayişlərində 500-dək xəsarət alan olmuşdu.