XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2018 - 21:38

Nigerdə Fransanın “Foraco” şirkətinin binasına hücum olub –8 nəfər ölüb, 5 nəfər yaralanıb

Nigerin cənub-şərqindəki Diffa regionunda yaraqlıların Fransanın “Foraco” qazma şirkətinə məxsus binaya hücum etməsi nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

TASS xəbər verir ki, müvafiq bəyanat şirkətin rəsmi saytında yerləşdirilib.

“Bir qrup yaraqlı yerli vaxtla saat 02:00-da “Foraco”nun əməkdaşlarının içərisində yatdığı kiçik binaya soxulub və əməkdaşlardan yeddisini, eləcə də bir Niger vətəndaşını öldürüb. Beş əməkdaş yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir”, – bəyanatda deyilir.

“Reuters” Nigerin təhlükəsizlik strukturlarındakı mənbəyinə istinadən hücumu Nigeriya, Niger, Kamerun və Çad ərazisində fəaliyyət göstərən radikal “Boko Haram” radikal qruplaşmasının xadimlərinin edə biləcəyini bildirib.

Qeyd edək ki, ekstremistlər 2015-ci ilin mart ayında İŞİD terror təşkilatına sadiqliklərinə dair and içiblər/Report.