XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 09:55

Ukrayna parlamenti Konstitusiyanı dəyişdi –Ölkə NATO-ya inteqrasiyaya dair qərar verdi

Ukraynanın Ali Radası ölkə Konstitusiyasına NATO və Avropa İttifaqına inteqrasiyaya dair dəyişikliyi qəbul edib.

AZƏRTAC xəbər verir ki, birinci oxunuşda qəbul edilən Konstitusiya dəyişikliyinin lehinə 311 deputat, əleyhinə isə 21-i səs verib.

Layihə parlamentin səlahiyyətlərinə daxili və xarici siyasətin əsaslarını müəyyənləşdirmək, Ukraynanın Aİ və NATO-ya tam üzvlük alması üçün dövlətin strateji kursunun həyata keçirilməsini nəzərdə tutur. Eyni zamanda, Ukrayna prezidentinin Ukraynanın Aİ-yə və NATO-ya tam üzvlük alması üçün dövlətin strateji kursunun həyata keçirilməsinin təminatçısı olduğunu qeyd edir.

Səsvermədən öncə çıxış edən prezident Petro Poroşenko bildirib ki, NATO hələ də ən təsirli və ən mütəşəkkil kollektiv təhlükəsizlik, müdafiə sistemidir və təxminən 70 ildir heç kim, hətta NATO-nun ən kiçik üzvünə belə hücum etməyə qərar verməyib.

Poroşenkonun sözlərinə görə, Ukrayna NATO-ya əliboş getmir. Ötən illərdə ukraynalılar sovet sistemindən NATO standartlarına keçid sahəsində misilsiz sayda ümumi təlimlər, illik milli proqramların həyata keçirilməsi, bütün təhlükəsizlik sektorunun uyğunluğuna nail olmaq üçün böyük bir təcrübəyə malik güclü və səmərəli ordu yarada bilib.