XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 10:03

Səudiyyə vəliəhdi region ölkələrinə səfərə çıxır –Xaşuqcinin qətlindən sonra ilk dəfə

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Saud Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreynə və Misirə səfərə çıxıb.

AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, vəliəhd səfər çərçivəsində bu ölkələrin rəhbərləri ilə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək. Bundan sonra Məhəmməd bin Salman G20 zirvə toplantısında iştirak etmək üçün Argentinaya yola düşəcək.

Qeyd edək ki, səudiyyəli jurnalıst Camal Xaşuqcinin Türkiyədə öldürülməsi ilə bağlı yaranmış qalmaqaldan sonra bu vəliəhdin xarici ölkələrə ilk səfəridir.