XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2018 - 17:17

“MAVİ MƏRMƏRƏ İŞİ”NƏ YENİDƏN BAXILACAQ –Türkiyə və İsrail arasında razılaşmaya baxmayaraq, Beynəlxalq Məhkəmə istintaqa start verir

Tovah Lazaroff

“Jerusalem Post”

 

Beynəlxalq Cəza Məhkəməsi 2010-cu ildə Aralıq dənizində üzən “Mavi Mərmərə” gəmisinə 10 nəfərin ölümü ilə nəticələnən hücumla əlaqədar İsrailə qarşı iddianın yenidən qaldırıla biləcəyi ehtimalını açıqlayıb.

BCM-in İlkin İstintaq Palatası prokuror xanım Fatu Bensudanı hərb cinayət iddiasını araşdırmağı tələb edib.

Beş il sonra bu, üçüncü istintaq olacaq.

İsrailin tərbiq etdiyi Qəzza sularının hərbi blokadasını yarmağı hədəfləyən beynəlxalq solçu fəalların gəmisini dayandırmaqla bağlı yerli komissiya və BMT Təl-Əvivə bəraət verib.

Əsgərlər gəmi göyərtəsinə çıxarkən, hücuma məruz qalıb, Türkiyə və İsrail bu hadisədən yaranmış diplomatik böhrana son qoyan  razılaşma imzalayıb.

2013-cü ildə Komor Adaları həmin hadisə ilə əlaqədar İsrailə qarşı müharibə cinayətləri iddiası qaldırıb, ancaq Bensuda 2014-cü ildə bu faylı qapadıb.

İlkin İstintaq Palatası Bensudadan 2015-ci ildə iddianı yenidən nəzərdən keçirməyi istəyib və 2017-ci ildə iş yenidən bağlanıb.

Ötən həftə, noyabrın 15-də məhkəmə hakimləri növbəti altı ayda vəziyyəti yenidən nəzərdən keçirmək üçün bir daha istintaqı yeniləməyi tələb ediblər.

Bu işin istintaqı məhkəmə prosesində davam edərsə, vəkillər müharibə cinayətləri ilə əlaqədar ağır qanuni məsələləri nəzərdən keçirməli olacaqlar.

Lakin bu mərhələdə məhkəmə qarşısında duran əsas məsələlər Palatadakı üç məhkəmə heyətinə qarşı prokurorun roluna zidd olan yurisdiksiya və prosesə aiddir.

İlkin İstintaq Palatası xanım Bensudanın materialın araşdırılmasında səhv etdiyini və  müvafiq nəticəyə gəlmək üçün bu səhvlərə düzəliş edilməsinin vacibliyi fikrini müdafiə edib.

Palata hakimləri bildiriblər ki, “prokuror özünün 6 iyul 2014-cü il tarixli qərarını 16 iyul 2015-ci il tarixli qərara uyğun olaraq yenidən nəzərdən keçirməlidir. O cümlədən İlin İstintaq Palatası tərəfindən müəyyən edilən beş əsas səhvə yenidən baxılmalıdır”.

Palata xanım Bensudaya 15 may 2019-cu il tarixinədək möhlət verərək, yeni təhqiqatın nəticələrini təqdim olunmasını tələb edib.

Bensudanın fikrincə, İlkin İstintaq Palatası öz səlahiyyətlərini aşıb və işə yenidən baxma tələbini təkrarlaya bilər.

Xanım Bensuda noyabrın 21-də araşdırmaya apellyasiya şikayəti verib və təftiş cədvəlinin müəyyənləşdirilməsini xahiş edib.

Tərcümə: Strateq.az