XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2018 - 18:42

Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilən rəy sorğusunun nəticələri açıqlanıb

Noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı “Gallup International” təşkilatının apardığı rəy sorğusunun nəticələri açıqlanıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, respondentlər “Əgər prezident seçkilərinin ikinci turu bu gün keçirilsəydi, kimə səs verərdiniz” sualına cavab veriblər.

Rəyi soruşulanların 52%-i Salome Zurabişvili, 48%-i isə Qriqol Vaşadzeni dəstəkləyəcəyini bildirib. Respondentlərin 37%-i qərar vermədiyini yaxud bilmədiyini, 9%-i isə səsvermədə iştirak etməyəcəyini deyib. “Gallup International” təşkilatının sorğusu “İmedi” televiziya kanalının sifarişi əsasında keçirilib. Noyabrın 16-dan 18-dək aparılmış rəy sorğusunda səsvermə hüququna malik 2400 vətəndaş iştirak edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında gedəcək. Gürcüstanın yeni prezidenti sonuncu dəfə birbaşa səsvermə yolu ilə 6 il müddətinə seçiləcək.