XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 19:42

Ermənistanda seçkilərlə bağlı rəy sorğusunun nəticələri –Paşinyanın partiyası irəlidədir

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı keçirilən rəy sorğusunda Nikol Paşinyanın “Mənim addımım” bloku böyük fərqlə üstün görünür.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, “GALLUP International Association”nın keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 68,3%-i “Mənim addımım” blokuna səs verəcəklərini bildiriblər. Nəticələr “GALLUP”-un Ermənistandakı nümayəndəsi Aram Navasardyan tərəfindən bu gün keçirilən mətbuat konfransında açıqlanıb. Rəy sorğusunda milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası 6,7% səslə ikinci yerdə görünür.

Sorğuda rəyi soruşulanların 1,5%-i Serj Sərkisyanın Ermənistan Respublika Partiyasına, 1,2%-i “İşıqlı Ermənistan” partiyasına, 1%-i isə daşnaklara səs verəcəklərini söyləyiblər.

Respondentlərin 70,9%-i seçkidə mütləq iştirak edəcəyini bildirib. 8,9% seçicinin isə ümumiyyətlə, seçki məntəqələrinə getməyəcəyi ortaya çıxıb.