XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2018 - 21:59

Əcnəbi agentlər fəaliyyətləri barədə ictimai hesabat verəcəklər- Avstraliyada

Avstraliyanın hakimiyyət orqanları xarici dövlətlər adından fəaliyyət göstərən şəxslərin ölkədə qalması şərtlərini sərtləşdirəcəklərini bəyan ediblər.

AZƏRTAC SBS telekanalına istinadla xəbər verir ki, əcnəbi agentlər üçün yeni qaydalar cari il dekabrın 10-dan qüvvəyə minəcək. Qaydalara əsasən, Avstraliya ərazisində xarici dövlətlərin nəzarəti altında işləyən əcnəbi agentlər öz fəaliyyətlərini ictimai reyestrdə tam şəkildə təsvir etməlidirlər. Bu qaydaların əks olunduğu normativ sənədlər xarici dövlətlərin Avstraliyanın siyasətinə qarışmasının qarşısını almaq üçün hazırlanmış dövlət proqramının tərkib hissəsini təşkil edir.

“Əcnəbi agentlər Avstraliyada əvvəllər də olduğu kimi, azad fəaliyyət göstərəcəklər, lakin bu, qanunauyğun, açıq və şəffaf şəraitdə həyata keçiriləcək”, – deyə ölkənin baş prokuroru Kristian Porter bildirib. Baş prokurorun sözlərinə görə, yeni qanun Avstraliyada keçirilən seçkilərə xarici müdaxilənin və “2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı” baş vermiş halın gələcəkdə təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır.