XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2018 - 11:56

Türkiyə vətəndaşı kazinoda bir qadını qətlə yetirib, digərini yaralayıb- Gürcüstanda

Gürcüstanın Batumi şəhərində yerləşən kazinolardan birində qətl törədilib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə saat 04:00 radələrində baş verib.

1961-ci il təvəllüdlü Türkiyə vətəndaşı qısqanclıq zəminində bıçaqla kazinoda Özbəkistan vətəndaşı olan 2 qadına hücum edib. Nəticədə ürəyindən bıçaq yarası alan 31 yaşlı qadın yerindəcə ölüb. Yaralanan digər 38 yaşlı qadın isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin sabit olduğu bildirilir.

Polis cinayətkarı hadisə yerində saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. Türkiyə vətəndaşını 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.