İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, Qəzvin-Kərəc magistralında “Nissan Junior” markalı avtomobil avtobusla toqquşub.
Qəza nəticəsində 46 nəfər xəsarət alıb.
İranın Əlborz vilayətinin Qırmızı Aypara Cəmiyyətinin icraçı direktoru Nasir Çərxsaz yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.