XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2018 - 17:05

Parisin mərkəzində polislə etirazçılar arasında toqquşma- Polis gözyaşardıcı qazdan istifadə edib

Fransa paytaxtının mərkəzində polislə etirazçılar arasında toqquşma baş verib.

AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, “Sarı jiletlər” adlı hərəkat Paris şəhərində kütləvi etiraz aksiyaları keçirir. Yanacağın qiymətinin bahalaşmasına qarşı çıxan etirazçılar Prezident Emmanuel Makronun istefasını tələb ediblər.

Polis etiraz aksiyaları üçün bağlı olan “Həmrəylik” meydanına yaxınlaşan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Nümayişlər səbəbindən Paris metrosunun 7 mərkəzi stansiyası və Eyfel qülləsi bağlanıb.

Qeyd edək ki, Fransada yanvarın 1-dən etibarən benzinin litrinin qiyməti 2,9 avrosent, dizel yanacağının litrinin qiyməti isə 6,5 avrosent artırılacaq. Bununla yanaşı, təkcə bu il dizel yanacağının qiyməti təxminən 23 faiz, benzinin qiyməti isə 15 faiz bahalaşmışdı.