XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2018 - 18:58

Avropanın 14 dövlət başçısı Avstriya Prezidentinin təşəbbüsünə qoşulub- İqlimlə bağlı

Avropanın 14 dövlət başçısı və 2 hökumət rəhbəri Avstriya Prezidenti Aleksander Van der Bellenin təşəbbüsünü imzalayıb.

AZƏRTAC xəbər verir ki, BMT-nın dekabr ayında Polşanın Katovitse şəhərində keçirəcəyi iqlim konfransı ərəfəsində start verilən təşəbbüs bütün iştirakçı ölkələri iqlim fəlakətlərinin qarşısını almaq üçün ciddi səylər göstərməyə emosional çağırışdır. Təşəbbüsü imzalayanlar arasında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, İtaliyanın dövlət başçısı Sercio Mattarella, İsveçin baş naziri Stefan Löfven və Niderland Krallığının Baş naziri Mark Rutte də var.

Çağırışda qeyd edilir ki, bizim nəsil dünyanı təhdid edən iqlim fəlakətlərinin qarşısını almaq üçün təsirli tədbirlər görmək imkanına malik olan bəlkə də sonuncu nəsildir. Dövlətlər birliyinin həyata keçirdiyi hazırkı tədbirlər iqlim dəyişiklikləri ilə bağlı Paris Razılaşmasının hədəflərini həyata keçirmək üçün yetərli deyil. Çağırışda, həmçinin vurğulanır ki, Paris qərarları icra edilməzsə, bu zaman həmin qərarlar “reallıq deyil, sadəcə poeziya” olaraq qalacaqlar.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliklərinə dair 24-cü Konfransı dekabrın 3-də Polşanın Katovitse şəhərində işə başlayacaq.