XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2018 - 19:45

İspaniyada kral ailəsinin bütün üzvlərinin təsviri olan sikkələr buraxılıb- FOTO

İspaniyanın Milli Sikkələr və Damğalar Fabriki kral VI Filippin 50 illik yubileyi münasibətilə yeni xatirə sikkələri buraxıb. Bu silsilədən olan beş sikkənin üzərində monarxın həyatına aid əlamətdar hadisələr əks olunub.

Sikkələrin avers hissəsində kralın Olimpiya Oyunlarında, Konstitusiyaya sədaqət andı içdiyi zaman, kraliça Letisiya ilə toy günü, həmçinin 2017-ci ildə Mayorkada kraliça, şahzadə Leonor və infanta Sofiya ilə istirahət vaxtı təsvirləri yer alıb.

Sikkələrin nominal dəyəri 10-400 avro arasında dəyişir. Bütün kral ailəsinin təsviri olan sikkənin nominalı 50 avrodur. Onların satışa çıxarılacaq qiymətləri isə daha yüksəkdir. Belə ki, andiçmə mərasimi təsvir olunan ən bahalı sikkənin dəyəri ƏDV-siz 1500 avro təşkil edir.

Kolleksiya üçün nəzərdə tutulan sikkələrin tərkibi qızıl və gümüşdən ibarətdir. Bundan başqa, İspaniya bayrağı təsvir edilmiş 10 avro nominalı olan sikkədə kralın Barselona Olimpiadasında ölkə yığmasının bayraqdarı qismində əksi və bütün sikkələrin reversində yer almış gerb rəngli elementləri ehtiva edir(azərtac).