XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2018 - 20:15

Finlandiya Səudiyyə Ərəbistanı və BƏƏ-nin silahla təchizatını dayandıracaq- Jurnalistin qətlinə görə

Finlandiya elan edib ki, jurnalist Camal Kaşıkçının qətlinə görə və Yəmənin üzləşdiyi humanitar böhranda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) oynadıqları rola görə bu ölkələrə silah satışı üçün yeni lisenziyaların verilməsinə qadağa qoyacaq.

AZƏRTAC xəbər verir ki, bu qərar Danimarka, Niderland və Almaniyanın analoji qərarlarından sonra qəbul edilib.

Finlandiyanın Baş naziri Yuxa Sipila qərarı şərh edərək deyib: “Yəməndə vəziyyət bu qərarı qəbul etməyə əsas olub. Şübhəsiz ki, Camal Kaşıkçının ölümü də müəyyən rol oynayıb”.

“Saferworld” tədqiqat mərkəzinin məlumatına görə, Finlandiya 2017-ci ildə Səudiyyə Ərəbistanına 5,3 milyon avroluq silah satıb.