XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2018 - 23:15

Vaxtanq Qomelauri:"Gürcüstanda sabitliyin pozulmasına yönəlmiş bütün cəhdlərin qarşısı alınacaq"

Gürcüstanda sabitliyin pozulmasına yönəlmiş bütün addımlara qarşı ciddi tədbirlər görüləcək.

AZƏRTAC xəbər verir ki, belə bəyanatla Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Vaxtanq Qomelauri çıxış edib.

Onun sözlərinə görə, ölkədə sabitliyin pozulmasına təhlükə yaranarsa DTX dərhal cavab tədbirləri görəcək.

Jurnalistlərin “seçkilərin ikinci turu öncəsi ölkədə sabitliyin pozulması ilə bağlı təhlükə gözlənilirmi?” sualına cavabında DTX rəisi deyib: “İstənilən zaman, istər seçkiöncəsi, istərsə də gələcəkdə sabitliyə təhlükə yaranarsa bizim dərhal cavabımız olacaq”.