XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2018 - 11:30

Rusiya rəsmisi:"Seçkilərədə Poroşenkonun heç bir şansı yoxdur"

Ukrayna Prezidenti Pyotr Poroşenko “ABŞ, İngiltərə və Monteneqroda seçkilərə müdaxilə edə bilən Rusiya Ukraynadakı seçkilərə də mütləq müdaxilə edər” moda trendini izləyir. Bu sözləri “Sputnik”ə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

Rusiyanın Ukrayada keçirilməsi nəzərdə tutulan seçkilərə müdaxilə edəcəyi ilə bağlı iddialara cavab verən Kalaşnikov bildirib ki, Poroşenkonun seçkilərə təsir hekayəsi bundan ibarətdir:

“Poroşenkonun bu cür açıqlamalar verməsinin səbəbi seçkilərdə qalibiyyət şansının az olması və buna görə də düşəcəyi yerə indidən saman səpmə səyi ilə əlaqədardır”.

Qeyd edək ki, ölkə konstitusiyasına görə Ukraynada prezident seçkisi 2019-cu il martın 31-də keçirilməlidir.