XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2018 - 13:50

“Varlıların prezidenti”nin istefası tələb edilir –Fransada dağıdıcı etirazlar davam edir

Parisdə polis 24 noyabr tarixində dizel yanacağına vergilərin artırılması və prezidenti Makronun iqtisadi siyasətinə etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Toqquşma Fransa paytaxtının Şanzelize prospektində polisin prezident sarayına tərəf irəliləyən nümayişçilərin qarşısını aldığı zaman baş verib.

Sarı, işıqyansıdan jiletlərdə olan etirazçılar “Makron – istefaya!” “Makron – oğru!” yazılı plakatlar qaldırır, bəziləri isə dövlət himni oxuyur. Aksiyada 30 minə yaxın insanın iştirak edəcəyi gözlənilir. Asayişin qorunması üçün şəhərin küçələrinə 3 mindən çox polis çıxarılıb.

Cümə günü Fransanın qərbinə yerləşən Anje şəhərində “sarı jiletlilərin” prezident Emmanuel Makronla görüşünü tələb edən 45 yaşlı kişi polis tərəfindən həbs edib. BBC-nin verdiyi məlumata görə, onun əlində qumbara var idi. Həmin şəxs polislə bir neçə saat davam edən danışıqlardan sonra təslim olub.

Fransada etirazlar artıq bir həftədir ki, davam edir. Buna səbəb ölkə hökumətinin 2019-cu ildən etibarən dizel yanacağı və benzinə tətbiq edilən vergilərin artırılması qərarı olub. Paris, bu addımı ətraf mühitin çirklənməsinə qarşı aparılan mübarizə ilə izah edib və vergilərin artırılması qərarının ləğv edilməyəcəyini bildirib.

Keçən şənbə bütün ölkə üzrə etiraz edənlərin sayı 300 minə yaxın olub. O zaman, sarı jiletlər geyinmiş etirazçılar şəhərlərin yollarını və yanacaq doldurma məntəqələrinə girişləri bağlamışdılar. 409 nəfərin xəsarət aldığı və 282 nəfərin saxlanıldığı həmin aksiyada etirazçıların biri həlak olub.

Fransa Daxili İşlər Nazirliyinin cümə axşamı verdiyi məlumata görə, həmin ana qədər etirazlar zamanı 606 nəfər xəsarət alıb və 2 nəfər həlak olub.

Hakimiyyətə gəldiyindən bəri Makronun əmək qaydalarını dəyişiklikləri həmkarlar ittifaqlarının etirazlarına səbəb olub. Xarici sərmayəçilər isə öz növbəsində Fransanın biznesə meylli administrasiyasına dəstəyini ifadə edir.

Makronun siyasi rəqibləri sərvət vergisini ləğv etdiyinə görə onu “zənginlərin prezidenti” adlandırır. 18 ay ərzində hakimiyyətdə olan 40 yaşlı Fransa prezidentinin reytinqi 20 faizə qədər enib.

(Amerikanın səsi)