Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olan bir sıra ölkələrin 2019-cu il üçün dövlət büdcəsi layihəsini qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, Brüsselin fikrincə, bu layihələr vergi və büdcə siyasəti üzrə ittifaq sazişinə ziddir. Bu ölkələrin hökumətləri həddən artıq kəsir nəzərdə tutublar. Baxmayaraq ki, hələ cari ilin iyununda Aİ tərəfindən onu 0,8-0,9 faiz azaltmaq məsləhət görülmüşdü.
Maliyyə və iqtisadiyyat məsələləri üzrə avrokomissar Pyer Moskovisi dövlət büdcəsi layihələrinin geri qaytarıldığı Aİ-yə üzv ölkələrdən yaxın iki həftə ərzində Avropa Komissiyasının dəyərləndirməsi ilə razı olub-olmadıqları barədə məlumat vermələrini tələb edib. Narazılıq olduğu təqdirdə, bu, inzibati cəzaya və hətta maliyyə sanksiyalarına gətirib çıxara bilər.