“Qaçqınlar problemini həll etmək üçün ilk növbədə Suriyada, Liviyada və digər ölkələrdə olan münaqişələrin siyasi həllinə nail olmaq lazımdır”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı bildirib.
Putinin sözlərinə görə, müharibə və dağıntılar bu ölkələrin vətəndaşlarını öz evlərini tərk etməyə məcbur edib.
“Terrora qarşı bir yerdə mübarizə aparmaq lazımdır. Bütün Yaxın Şərq regionunu normal həyata qaytarmaq üçün səyləri birləşdirmiliyik”, – deyə Rusiya prezidenti bildirib.