XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

27 Noyabr 2018 - 00:03

Meksika ABŞ-a keçmək istəyən miqrantlara qarşı hərəkətə keçdi –Deportasiya başlayıb

ABŞ ərazisinə keçməyə çalışan 100-ə yaxın mərkəzi amerikalı immiqrantlardan ibarət birinci qrup Meksikadan göndərilir.

“RİA Novosti” xəbər verir ki, bunu bazar ertəsi Meksikanın Milli Miqrasiya İnstitutunun səlahiyyətli nümayəndəsi Xerardo Qarsiya deyib.

Onun sözlərinə görə, söhbət ümumilikdə 98 mühacirdən gedir. Bazar günü Tixuan rayonunda zor gücü ilə ABŞ ərazisinə keçməyə cəhd edənlərin ümumi sayı təqribən 500 nəfər təşkil edir.

Elə həmin gün Meksika hökuməti bu hərəkətlərə görə sərt cəza tətbiq olunacağını və bütün iştirakçıların ölkədən çıxarılacağını bəyan edib.

Qarsiya bildirib ki, hazırda bu insanlar ölkədən çıxarılmaq üçün Qvatemala sərhədinə aparılıb/Report.