XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 18:41

Ukraynada korrupsiyaya qarşı mübarizə varmı? –“Chatham House” beyin mərkəzi hökumətin islahatlarını araşdırıb

2014-cü ildən başlayaraq Ukrayna dövlət strukturlarında korrupsiyanın kökünü kəsməkdən ötrü ciddi islahatlara başlayıb. “Chatham House” beyin mərkəzi qeyd edir ki, indiyədək korrupsiya imkanlarının məhdudlaşdırılması yönündə daha çox iş görülüb, nəinki korrupsioner məmurların məsuliyyəti cəlb edilməsində.

Bu ölkədə korrupsiya zəif idarəçilik sisteminin simptomudur, onun səbəbi deyil. Burada qəti dönüşdən ötrü siyasi sistem daha çox oyunçunun üzünə açılmalıdır, daha böyük rəqabət yaradılmalıdır, hüququn aliliyini təmin edəcək etibarlı qurumlar yaradılmalıdır.

Qurum korrupsiyayla mübarizə sahəsindəki uğurları da sadalayır. Məsələn, Naftogaz təmizlənib, administrativ xidmətlər, bank sektorunda, post patrul xidmətində, vergiqoymada islahatlar aparılıb. Mərkəzsizləşdirmə vətəndaşlara yeni imkanlar yaradır ki, yerli hakimiyyətlərdən dövlət resurslarının idarəsinə görə hesab soruşsun.

Di gəl, gömrük, dövlət nəzarətinin ləğvi, özəlləşdirmə, monopoliyaların aradan qaldırılması, dövlət administrasiyasında islahatlar kimi prioritet sahələrdə proqres yoxdur. Müdafiə xərcləri özəlliklə qaranlıq qalır. Enerji sektorunun bəzi hissələrindəki korrupsiya mexanizminə toxunulmayıb. Dövlət xidmətində radikal dəyişikliklər gərəkdir.

Beyin mərkəzi hüquq-mühafizə orqanlarında islahatların da ləng getdiyini, bəlkə də heç getmədiyini vurğulayır. Hələ ədliyyə sistemindəki islahatların məhkəmələrin işini təkmilləşdirəcəyini söyləmək olmaz, çünki bu sistemdə korrupsiya mədəniyyətinin kökləri lap dərinə işləyib.

(Azadlıq radiosu)