XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2018 - 19:08

ABŞ avtomobil nəhəngi 15 min işçini ixtisara salıb –"General Motors" 5 zavodunu bağlayır, Tramp məyusudur

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trudo “General Motors” avtomobil şirkətinin əməkdaşlarının 15 faizinin ixtisara salması və Şimali Amerikada beş zavodda istehsalın dayandırılması elanından məyus olduqlarını bildiriblər.

ABŞ-ın ən böyük avtomobil istehsalçısı olan “General Motors” 15 minə yaxın iş yerini ixtisara salır. Şirkət bunu struktur dəyişikliyi və 21-ci əsrin texnologiyasına uyğunlaşmaq niyyəti ilə izah edib.

Bu qərar Şimali Amerika ərazisində yerləşən yeddi zavoda təsir edə bilər. Prezident Tramp deyib ki, “General Motors”-a Ohayo ştatında yerləşən zavodu açıq saxlaması üçün təzyiq edilir.

Bağlanması nəzərdə tutulan beş zavoddan ikisi Miçiqan ştatında, biri Merilend ştatında, digər isə Kanadanın Ontario ərazisində yerləşir.
ABŞ prezidenti Donald Tramp: “Onlar deyir ki, “Chevy Cruze” yaxşı satılmır. Mən isə deyirəm ki, elə maşın düzəldin ki, yaxşı satılsın”.

“General Motors” ABŞ bazarı üçün “Cadillac CT6” və “Buick LaCrosse” avtomobillərinin istehsalını dayandıracaq.

Alıcılar kiçik yük maşınları və SUV-lərə üstünlük verir. Bununla bərabər, “General Motors” elektriklə çalışan avtomobillər və özü idarə edilən avtomobillərə artan tələbi diqqətlə izləyir.

(Amerikanın səsi)