XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 19:23

Mayk Pompeo Putini birbaşa Poroşenko ilə işləməyə çağırır –Qərb Azov böhranına görə Ukraynanın yanındadır, amma...

Ukrayna və Rusiya arasında yaranmış son qarşıdurma vəziyyətindən sonra Qərb ölkələri Kiyevin ətrafında birləşməkdədir. Bazar günü – noyabrın 25-də Rusiya Qara dənizdə, nəzarətində olan Krım yarımadası yaxınlığında Ukrayna gəmilərinə atəş açıb və 23 dənizçini əsir götürüb.

Qərb liderləri həm BMT-də, həm də dünən axşam verdikləri bəyanatlarda Rusiyanın Ukraynanın suverenliyini, eləcə də beynəlxalq dəniz sazişlərini həyasızcasına pozduğunu bildirir, Moskvanı dənizçiləri dərhal azad etməyə çağırır. Qeyd edək ki, dənizçilərdən altısı toqquşma zamanı xəsarət alıb.

Birləşmiş Ştatlar Rusiyanın bu aqressiv hərəkətini pisləyir”, – ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib. O, Rusiyanı gəmiləri və dənizçiləri qaytarmağa, Ukraynanın “beynəlxalq miqyasda tanınmış, ərazi sularını da əhatələyən sərhədlərinə” əməl etməyə çağırıb.

Pompeo deyib ki, hər iki tərəf təmkinli davranaraq beynəlxalq öhdəliklərinə əməl etməlidirlər. O, Rusiya Prezidenti Vladimir Putini ukraynalı həmkarı Petro Poroşenko ilə birbaşa işləyərək durumu həll etməyə səsləyib.

Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Haley də insidenti Ukraynanın suveren ərazisinin həyasızcasına posulması, Rusiyanın Ukraynadakı münaqişəni ehtiyatsız şəkildə qızışdırması hesab edir. O, ABŞ-ın Rusiyanın təcavüzünə qarşı Ukrayna xalqının yanında duracağını söyləyib.

Britaniyanın BMT-dəki səfirinin köməkçisi Conatan Allenin sözlərinə görə, Rusiya son hərəkətilə qərbə meydan oxuyur.: “Rusiya Krım yarımadasını qanunsuz ilhaq etməsini möhkəmləndirmək, Azov dənizini ilhaq etmək istəyir. Görünür, Rusiya ümid edir ki, beynəlxalq ictimaiyyət bu yeni reallığı dinməzcə qəbul edəcək. Xeyr, etməyəcəyik”, – o deyib.

Noyabrın 26-da Ukrayna parlamenti Poroşenkonun xahişilə ölkədə 30 günlük hərbi vəziyyət elan edib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federika Mogerini Rusiyanın ukraynalı dənizçiləri ələ keçirməsini qəbuledilməz adlandırıb, Rusiyanı onları dərhal buraxmağa, tibbi yardım göstərməyə çağırıb.

NATO-nun baş katibi Cens Stoltenberq deyib ki, “Rusiya hərəkətlərinin nəticəsi barədə düşünməlidir. Biz dəstəyimizi göstərməkdən ötrü Ukrayna hökuməti ilə əlaqə saxlayacağıq”.

ABŞ Prezidenti Donald Tramp isə digər qərb liderlərindən fərli olaraq birmənalı danışmayıb. “Heç bir halda baş verənlərdən məmnun deyilik. Ümid edirik, məsələni yoluna qoyacaqlar. Bilirəm ki, Avropa bundan lərzəyə gəlməyib, bunun üzərində işləyirlər. Hamımız birlikdə işləyirik”, – o deyib.

Rusiyanın BMT-dəki səfirinin vəzifəsini icra edən Dmitri Polyanskiy isə Ukraynanı aqressiv provokasiya səhnələşdirməkdə suçlayıb. Onun iddiasına görə, məqsəd martda keçiriləcək prezident seçkisi öncəsi Poroşenkoya ictimai dəstəyi gücləndirməkdir.

Onların başqa cür hakimiyyətdə qalmağa ümidi yoxdur”, – deyən diplomat Qərb liderlərini Kiyevdəki “kuklalar”ını həvəsləndirməkdə ittiham edib.

(Azadlıq radiosu)