Krımın Simferopol şəhərində yerləşən Kiyev regional məhkəməsi Rusiya ərazi sularını pozması ittihamı ilə ukraynalı dənizçi Vladimir Varimezin 2 ay müddətinə həbs edilməsi barədə qərar qəbul edib.
Axar.az xəbər verir ki, hakim Mixail Belausovun qərarına görə, dənizçi 25 yanvar 2019-cu il tarixinə qədər həbsdə qalacaq.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.