XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 21:02

“ABŞ-ın tələbini rədd edən Macarıstan şübhəliləri Rusiyaya ekstradisiya edib” –Vaşinqtondan etiraz

Macarıstan hökuməti qanunsuz silah alverində şübhəli bilinən iki şəxsi ABŞ-a təhvil verməkdən imtina edib.

Bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü xanım Hizer Nauert məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər Rusiya vətəndaşları böyük Vladimir Lyubishin və kiçik Vladimir Lyubishin adlı şəxslərdir.

“ABŞ-ın tələbini rədd edən Macarıstan şübhəliləri Rusiyaya ekstradisiya edib ki, orada da onların məhkəmə qarşısına çıxması müəmmalı görünür”, – deyə vurğulayan H.Nauert Macarıstan tərəfinin bu addımından məyus olduqlarını bildirib/Report.