XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 15:29

“The New York Times”:Çin necə supergücə çevrilir?

“Pekin ticarət, diplomatiya və təhlükəsizlik şərtlərini yenidən çəkmək üçün ticari və hərbi gücünə əl atır, liberal demokratik düzənə meydan oxuyur. “The New York Times” qəzeti Çinin supergücə necə çevrilməsi barədə silsilə məqalələr dərc edir.

Qəzet Misirdə Çindən gətirilmiş tikinti fəhlələrinin 21 göydələn layihəsi üzərində işləməsindən yazır. Misir şirkətilə bağlanmış bu 3 milyard dollarlıq kontrakta maliyyəni Çin bankları ayırır. Qəzet yazır ki, Çinin əmək qüvvəsinin və səxavətinin Misir torpaqlarına daşınması Pekinin qlobal niyyətlərinin göstəricisidir.

Əsrlər boyu davam etmiş zəiflik və təcriddən sonra Çin liderləri alın yazısı saydıqlarını – Asiyada üstünlüyü və bütün planetin sayqısını geri almağa çalışırlar. Misirdə və başqa yerlərdə qurduğu işbirlikləri ilə Çin nəhəng iqtisadi imkanları hesabına geosiyasi nüfuzunu genişləndirir, investisiyalar qoymaqla vacib nəzarət nöqtələri olan hökumətlərin nazını çəkir”, – məqalədə deyilir.

Birləşmiş Ştatların ənənəvi müttəfiqi olan Çin Süveyş Kanalına nəzarət edir. Bu kritik gəmi yoluna çıxışın əngəllənməsi Çinin qlobal hərəkətinə maneənin yaradılması deməkdir. Yəni, yuxarıda sözügedən layihə vasitəsilə Çin Misir Prezidenti Əbdül  Fəttah əl Sisinin gözünə xoş görünür. Digər tərəfdən də Sisinin böyük planlarının Pekinlə dost münasibətlərindən asılı olması təəssüratı yaranır.

(Azadlıq radiosu)