“Bizim mövqeyimiz belədir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan həbsdə olmalıdır”.
Strateq.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə Baş prokuror Artur Davtyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunun üçün kifayət qədər əsaslar var: “Bizim ittihamdan görünür ki, Koçaryanın fəaliyyəti Konstitusiyaya və qanunlara uyğun gəlməyib”,-deyə Baş prokuror vurğulayıb. Apellayasiya məhkəməsi bu gün eks-prezidentə qarşı seçilmiş qəti imkan tədbiri ilə bağlı qərardan şikayətə baxır.