Rusiya və Türkiyə “S-400” raket sistemlərinin alğı-satqısında dollardan imtina ediblər.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən forumda məlumat verib.
“Yarım saat əvvəl Türkiyə Prezidenti ilə söhbətimiz oldu. Bəzi aktual məsələləri müzakirə etdik, o cümlədən “S-400” sistemlərinin tədarükünə dair məsələ barədə danışdıq. Aydındır ki, hesablaşmaları dollarla aparsaq, bu iş baş tutmayacaqdı. Odur ki, başqa bir variant tapdıq, məsələ həll olundu”, – V. Putin deyib/Report.