Bəzi ölkələr Rəsmi Tehrana zərbə vurmaq üçün neft bazarına müdaxilə edir.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib.
Nazir bildirib ki, bəzi ölkələr neft bazarına və tədarükə müdaxilə edərək İrana zərbə vurmağa çalışır. Neftin qiyməti tələb-təklif tarazlığı ilə formalaşmalıdır.
O, ABŞ-ın İranın neft sektorunu hədəf alan sanksiyaları barədə danışmayıb. Nazir bildirib: “Sanksiyalarla əlaqədar danışmayacağam. Çünki ABŞ bu danışıqlardan istifadə edir”.