XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2018 - 22:27

Pasport nəzarətinə yalan detektoru əlavə olunacaq- Avropada

Avropa İttifaqı öz sərhədlərində daha bir yenilik tətbiq edəcək.

AZƏRTAC xəbər verir ki, tezliklə İttifaq ölkələrinə gələn qonaqlar xüsusi kompüter proqramına daxil edilmiş suallara cavab verəcəklər.

Polis formasında olan cizgi personajı vizanı, pasport və ödəmə qabiliyyəti üzrə məlumatları yoxlayacaq.

Bununla yanaşı, bu animasiya “polisi” baqajın tərkibi və səyahətin məqsədi ilə də maraqlanacaq.

Xüsusi proqram təminatı (yalan detektoru) vasitəsilə müsahib şəxsin söylədiklərinin doğru olub-olmadığı müəyyən olunacaq.