XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 22:41

ABŞ İranın daha iki vətəndaşına sanksiya tətbiq edib- Kibercinayətkarlığa görə

ABŞ Maliyyə Nazirliyi İranın daha iki vətəndaşına sanksiya tətbiq edib.

TASS xəbər verir ki, Məhəmməd Qurbanian və Əli Xorəşədizadə kibercinayətkarlığa görə “qara siyahı”ya salıb.

Nazirliyin məlumatında qeyd olunub ki, həmin şəxslərlə ABŞ vətəndaşlarının hər hansı işgüzar əlaqələri qadağandır, onlara məxsus bu ölkə ərazisindəki əmlaklar və ya maliyyə vəsaitləri ortaya çıxdığı təqdirdə həbs qoyulur/Report.