XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2018 - 11:56

Suriya hakimiyyəti və müxalifət ikinci əsir dəyişikliyi keçirəcək- İlin sonuna qədər

Suriya hakimiyyəti və müxalifət arasında 2018-ci ilin sonuna qədər ikinci əsir dəyişikliyi baş tutmalıdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Astana danışıqlarına yaxın mənbə bildirib.

Qeyd edək ki, noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin həlli üzrə görüş başlayıb. Görüşə Əhməd Tomanın başçılıq etdiyi silahlı müxalifət, həmçinin qarant ölkələrin – Türkiyə, İran və Rusiyanın nümayəndələri qatılıb.

BMT-nin nümayəndə heyətinə təşkilatın Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura rəhbərlik edir.