Efiopiya polisinin keçirdiyi antikorrupsiya əməliyyatı zamanı 60-dan çox məmur həbs edilib.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, saxlanılan şəxslərin bəziləri Milli Metallurgiya və Mühəndis Korporasiyasının və Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşlarıdır. Onlar rüşvətxorluqda, büdcə vəsaitlərinin mənimsənilməsində və insan hüquqlarının mütəmadi pozulmasında təqsirləndirilirlər.