XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2018 - 14:56

Argentinada G-20-yə qarşı etirazlar artır- Stadiona 50 minədək etirazçı toplaşıb

Buenos-Ayresdə bu günlərdə keçiriləcək G-20 zirvə görüşünə etiraz edən minlərlə sakin küçələrə axışıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, əsasən solçu vətəndaş cəmiyyəti təşkilatlarından olan nümayişçilər paytaxtın əsas prospektini iki saat müddətinə bağlayaraq sammitə, Beynəlxalq Valyuta Fonduna, hazırkı Prezident Maurisio Makri hökumətinə qarşı şüarlar səsləndirib, plakatlar qaldırıblar.

Bəzi təşkilatçıların verdiyi məlumata görə, şəhərin bir stadionunda 50 minədək etirazçı toplaşıb.

KİV-in məlumatına görə, 30 noyabr – 1 dekabr tarixlərində keçirləcək sammitə qalan müddət ərzində və keçirildiyi vaxtda paytaxtda bir çox etiraz aksiyaları nəzərdə tutulur.