XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2018 - 15:33

Tramp “Rusiya işi” üzrə xüsusi prokuroru mühakimə etməyə çağırıb- Xəyanətə görə

ABŞ Prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində xəyanətə görə “Rusiya işi” üzrə xüsusi prokuror Robert Mülleri və bir sıra digər şəxsləri, o cümlədən baş prokurorun müavini Rod Rozenşteyni, hüquq mühafizə orqanlarının sabiq əməkdaşlarını və prezidentin bəzi siyasi opponentlərini mühakimə etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Tramp yönümlü “The Trump Train” tvitter-akkauntda Prezidentin retvitlərindən birində onun Rusiya ilə bağlı təhqiqat əleyhinə şərhində hədəfə aldığı bir neçə insanın, o cümlədən Müllerin, keçmiş prezident Barak Obamanın, prezidentliyə namizəd Hillari Klintonun, keçmiş baş prokuror Loretta Linçin və Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Kominin qrafik illüstrasiyası yerləşdirilib.

Prezident retvitə bu şərhi əlavə edib: “İndi, Rusiya müdaxiləsinin yalan olduğu sübuta yetirildiyi üçün xəyanətə görə məhkəmələr nə vaxt başlayacaq?”.