XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2018 - 17:36

Rusiya və İran arasında turist vizaları ləğv ediləcək- Açıqlama

Rusiya və İran arasında turist vizalarının ləğv edilməsi məsələsi müzakirə edilir.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın energetika naziri və Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri Reza Ardakaian məlumat verib.

R. Ardakaian deyib: “Biz turist vizalarının ləğv edilməsi barədə razılığa gəlmişik. İndi yalnız bu məsələ ilə əlaqədar imzalanmış sənədlərin icrasını reqlamentləşdirmək lazımdır”.

Həmin reqlamentin hazırlanması bir-iki ay davam edə bilər.